Qazaxıstandakı diplomatik mənbə bildirib ki, bu həftə planlaşdırılan görüş başqa vaxta təxirə salınıb.
Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. \”Həqiqətən üç ölkənin liderləri Astanada planlaşdırılan görüşün bir neçə gün sonra keçirilməsi haqda razılığa gəliblər\”, – deyə D. Peskov bildirib.
Qeyd edək ki, martın 9-da Kremlin mətbuat xidməti prezident Vladimir Putinin qazaxıstanlı həmkarının dəvəti ilə Rusiya-Belarus-Qazaxıstan liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 12-13-də Astanaya səfər edəcəyi haqqında məlum yayıb.
İnterpress.az