Çərşənbə axşamı məhbəsdəki Dadayevə baş çəkən Andrey Babuşkin deyir ki, onun bədənindəki yaralar onun işgəncəyə məruz qalmasından xəbər verir.
Cənab Nemtsov fevralın 27-də qətlə yetirilib. Bazar günü istintaq onun qətlilə bağlı Zaur Dadayev və Şagid Qubaşevə ittiham təqdim edib. İşlə bağlı daha 3 nəfər saxlanılıb.
Zaur Dadayevin \”etiraf ifadəsini işgəncə altında\” verdiyini iddia etməyə əsaslar var, Dadayevlə görüşdən sonra Andrey Babuşkin deyib.
Rusiyanın İstintaq Komitəsi bildirir ki, Babuşkin və onu müşayiət edən jurnalistlər həbsxanaya şübhəlinin saxlanılma şəraitini yoxlamaq üçün buraxılıblar və iş barədə məlumatı aşkarlamaqla qanunu pozublar.
\”Bu addım istintaqa müdaxilə kimi dəyərləndirilə bilər\”, komitənin bəyanatında deyilir.
Dadayev şənbə günü yaxalandıqdan sonra ayaqlarında əl qandalları və kəndir izlərini göstərib.
Dadayevin sözlərinə əsasən o, yalnız onunla birlikdə saxlanılan dostunun azad edilməsi üçün etiraf ifadəsi verib.
Cənab Babuşkin bildirir ki, Dadayev bazar günü keçən prosesdə həqiqəti söyləmək istəyib, lakin bunu etmək üçün ona söz verilmədiyini deyir.
Daha əvvəl istintaq nümayəndələri Zaur Dadayevin artıq cinayəti törətməkdə etiraf etdiyini bəyan etmişdilər, lakin hüquq müdafiəçilərinə o, müxalifətçini öldürmədiyini bildirib.
Həmçinin Dadayevin fevralın 28-nə kimi “Sever” batalyonun tərkibində olduğu aydın olub.
Bundan başqa, çərşənbə axşamı məlumat yayılmışdı ki, qatillərin Nemtsovu hələ ötən il payızdan güddükləri ehtimal olunur.
“Nemtsovu sən öldürmüsən?”
Dadyevin sözlərinə görə, onu yoldaşı Ruslan Yusupovun azadlığa buraxılması müqabilində günahı boynuna almağa məcbur ediblər.
“Mən düçünürdüm ki, Moskvaya gətirərlər, mən də burda məhkəmədə tam həqiqəti söyləyərəm. Günahsız olduğum haqüqında. Lakin hakim mənə heç söz vermədi”, – Dadayevi “Moskovskiy komsomolets” qəzeti isnad edir.
Zaur Dadyev İNK üzvlərinə onunla qəddar rəftar edildiyini bildirib, bədənində qolları və ayaqlarında qandal və zəncir izlərini göstərib.
Həbs olunanların üçü də qətlə aidiyyəti olmadıqlarını bildirir
“Həmişə qışqırırdılar: “Nemtsovu sən öldürmüsən?” – Mən deyirdim ki, yox”, – Dadayev danışıb.
Hüquq müdafiəçiləri istintaq təcridxanasında əsaslı yoxlama keçirmək tələbilə Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru, İstintaq Komitəsinin rəhbəri və Rusiya baş prokuroruna müraciət göndəriblər.
Onlar həmçinin tibbi müayinə və məhkəmə-tibb ekspertiza təşkil etmək, eləcə də Nemtsovun qətlə yetirilməsi işi ilə bağlı həbs olunan Qubaşevlər qardaşları və Dadayevin şəxsi toxunulmazlığı və təhlükəsizliklərinin təmin olunmasını təklif ediblər.
Şübhəli bilinən şəxslərlə görüşüb “vizual müşahidədən sonra” İNK üzvləri onların bədəni üzərində “çoxsaylı qançır və hematoma, zədələr“ aşkar edib sənədləşdiriblər.
İnterpress.az