O adamlar öldürüləcəkbackend

O adamlar öldürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Nemtsovun qətlini gündəmdə saxlayan onu öldürməkdə ittiham olunan çeçen əsilli Rusiya vətəndaşı Zaur Dadayev məhkəmədə verdiyi ifadəsini dəyişərək cinayəti işlətmədiyini deyib. O, daha öncəki ifadəsini hədələrə məruz qalması ilə əsaslandırıb.

Bir neçə gün öncə Basmannı məhkəməsində Nemtsovu öldürdüyünü deyən Dadayev hədə-qorxuya məruz qalması ilə əlaqədar belə bir addım atdığını açıqlayıb. Dadayev qeyd edib ki, o, Nemtsovu öldürdüyünü deməsə idi, onu da dostu Beslan Şabanov kimi öldürəcəkdilər. O deyib ki, Moskvada hər şeyi danışacağını düşünsə də, hakim ona heç söz də verməyib.

Rusiya prezidenti yanında insan haqlarından cavabdeh komissiyanın sədri Andrey Babuşkin də Dadayevin son bəyanatından sonra bu gün şübhəlilərin saxlanıldığı Lefortovo həbsxanasında olub. O, həmin şəxslərin bədənində çox sayda yaralar gördüyünü etiraf edib. Andrey Babuşkin Rusiya İstintaq Komitəsinə saxlanılanların təhlükəsizliyinin təmin edilməsi və bədənlərindəki yaraların səbəbinin araşdırılması tələbiylə müraciət edib.

Rusiya İstintaq Komitəsi Zaur Dadayev və daha 4 nəfəri rus müxalifətçisi Boris Nemtsovu peyğəmbəri tənqid etdiyi üçün öldürməkdə şübhəli bilir. Rusiya müsəlmanları qətlin islamla əlaqələndirilməsindən və ölkədəki islamofobiya havasının yenidən canlandırılmasından narahat olduqlarını deyirlər.

Rusiya müftüsünün köməkçisi Nafiqulla Aşirov bildirdi ki, bu cinayətlə bağlı islama qarşı bəyanatlar onu çox narahat edir: \”Hələ istintaq nəticələri bilinmədən hamı cinayətin islam və Qafgaz izindən danışılır. Halbuki, siyasi məqsədlə törədildiyi heç kimdə şübhə oyatmayan bu hadisəylə bağlı islama işarət edilməsi ölkəmizdə milli və dini qarşıdurmanı gərginləşdirməyə xidmət edir”.

Xatırladaq ki, Putinə qarşı sərt tənqidləriylə tanınan Boris Nemtsov 27 fevral gecəsi Kreml divarları yaxınlığındakı Moskvaretski köprüsündə güllələnərək qətlə yetirilib.

Rusiyanın “Novaya qazeta” mətbuat orqanı isə Nemtsovun qətli ilə bağlı qalmaqallı məlumat yayıb. Qəzetin xəbərinə görə, Rusiya hökuməti güllələnmə siyahısı hazırlayıb. Nemtsovdan sonra bu siyahıda Mixail Xodorkovski, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov və aparıcı Kseniya Sobçakın da adı var. Artıq Venediktovun ölkəni tərk etdiyi deyilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatları absurd adlındırıb.

İnterpress.az