Bakının Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) çoxmənzilli ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb. Yanğın zamanı binadan 33 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub və 2 nəfər xəsarət alan aidiyyəti üzrə təhvil verilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az