Bunu İnterpress.az-a Şamaxı Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Əyyub Quliyevin sözlərinə görə, mart ayında Mars və Uranın yaxınlaşmasın yer üçün heç bir fəlakət vəd etmir: “Belə xəbərlər insanları səbəbsiz yerə narahatlıq içində saxlamaqdır. Bu yaxınlaşma heç bir fəlakət, iddia edildiyi kimi kütləvi ölüm vəd etmir”.
Xatırladaq ki, mart ayının 17-də təhlükə gözlənilməsi barədə xəbərdarlığı Türkiyəli astroloq Su Karakuş edib. Onun sözlərinə görə, bu tarixdə kütləvi ölüm hadisəsi və ya fəlakət baş verə bilər.
Elnarə
İnterpress.az