Hadisə bu gün 17 radələrində Salyan şəhərində baş verib.
Belə ki, Salyan şəhər sakini, 15 yaşlı Həsənov Hüseyn Rövşən oğlu yaşadıqları evdə anası, 1974-ci ildə anadan olmuş Həsənova Gülarə Tofiq qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Qeyd edək ki, Həsənovlar ailəsində tez-tez baş verən dava-dalaş və narazılıqlar ucbatından bu ailə Salyan Rayon Polis Şöbəsində “problemli və münaqişəli ailə” kimi qeydiyyata da alınıbmış. Qətlin də növbəti ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
15 yaşlı Hüseyn Həsənov hadisə yerinə çağırılmış polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. (virtualaz.org)
İnterpress.az