Bir sıra cinayətlərdə təqsirli bilinən Azərbaycan vətəndaşı Akmola vilayətində saxlanılıb. Yerli polisin verdiyi məlumata görə, ərazidə “Axtarış” adlı dövlətlərarası genişmiqyaslı əməliyyat keçirilib.
Nəticədə qanunsuz silah-sursat əldə etmə, oğurluq, odlu silah saxlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən 46 yaşlı azərbaycanlı saxlanılıb.
O müvəqqəti saxlanma təcridxanasına göndərilib.
Saxlanılan şəxsin adı açıqlanmır.
İnterpress.az