Deputatlar fəalları döydübackend

Deputatlar fəalları döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Rustavi-2”yə istinadən bildirir ki, davanın iştirakçıları arasında “Sərbəsr zona”, “Vətənpərvərlər legionu”, “Hüquqi nəsil”, həmçinin “Azad nəsil” qeyri-hökumət təşkilatlarının nümayəndələri də olub.
Mənbənin sözlərinə görə, Saakaşvilinin əleyhinə danışan sonuncular buna qarşı çıxan siyasətçiləri döyüb. “Azad nəsil”dən verilən məlumata görə isə, davanı Bokeriya və Qabaşvili başlayıb: “Onlar parlamentə tərəf gedən Lado Sadqobelaşvilinin avtomobilinə hücum ediblər. Maşından bizim təşkilatın üzvlərini çıxarıb vəhşicəsinə döyüblər. Şəxsən Bakeriya “Azad nəsil”in nümayəndəsi Ani Daraseliyanı vurub. Təqribən 30 “Sərbəst zona” fəalı Sadqobelaşvilinin üstünə düşmüşdülər”. Davadan sonra bir neçə nəfər saxlanılıb.

İnterpress.az