Martın 12-də Lənkəran rayonunun Rvo kəndində yaşayan Nərminə Şərbətzadə, oğlanları Əmrah, Pərviz və Elgiz evlərində dəm qazından zəhərlənib. İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Zəhərlənən hər 3 şəxs xəstəxanaya yerləşdirilib.
İnterpress.az