İnterpress.az xəbər verir ki, Bakıdakı Özbəkistan səfirliyi qadını “Təmiz dünya” İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Sığınacaqdan verilən məlumata görə, Dağıstanda yaşamaq üçün icazəsi bitdiyinə görə Azərbaycana giriş-çıxış etmək istəyən özbək qadın sərhəddə problemlə üzləşib:“Belə ki, o, Azərbaycan-Dağıstan sərhədini keçərək təkrar Dərbəndə qayıtmaq istəsə də, ona martın 7-dən etibarən ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Qadağa 2017-ci ilin dekabrına qədər qüvvədədir. Umida Babaliyeva Bakıdakı səfirliyə gələrək vəziyyəti bildirib. Onun Özbəkistana göndərilməsi məsələsi həll ediləcək. Ancaq problem ondadır ki, qadının Dərbənddə 3 aylıq körpəsi var. O, həyat yoldaşı ilə bərabər Dərbənddə yaşayıb, işləyib. Ancaq həyat yoldaşı Dağıstandan deportasiya edilib. Uşağın də heç bir sənədi olmadığına görə onu ölkədən çıxarmaq mümkün deyil. Uşaq hazırda kirayə tutulan evdə qalıb.
Yəqin ki, bu məsələ ilə artıq Özbəkistan Xarici İşlər Nazirliyi məşğul olacaq”.
Elnarə
İnterpress.az