Özünü yandıran veteran arvadından rüşvət istəyirlərbackend

Özünü yandıran veteran arvadından rüşvət istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Billurə Quliyeva bildirib ki, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən binada ailəyə mənzil verilməsi üçün ondan 4 min manat rüşvət istənilib: “Mən bununla bağlı birinci xanım Mehriban Əliyevaya müraciət etmişəm. Əminəm ki, Mehriban xanım bu müraciətin araşdırılması üçün tapşırıq verəcək.

Həyat yoldaşım Cəbrayılın Sarıcallı kəndindəndir. Qarabağ əlilidir. 2009-cu ildə vəfat edib. O, vəfat etdikdən sonra 2 xəstə övladımı müalicə etdirmək üçün 14 saylı peşə məktəbinini həyətində tikdiyimiz daxmanı satmalı oldum. İki övladım da xəstədir, Vərəm dispanserində qeydiyyatdadır. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Sonuncu dəfə komitənin binası qarşısında özümü yandırmağa cəhd göstərdim. Daha sonra bildirdilər ki, Mehdiabad qəsəbəsində tikilən evlərdə bizim üçün də 2 otaqlı ev ayrılıb. Ancaq oranın komendantı evi vermək üçün 4 min manat istədi. Bu barədə birinci xanıma müraciətimdə də bildirmişəm”.

Özünü yandıran veteran arvadından rüşvət istəyirlər

Elnarə
İnterpress.az