Tərkib:
4 ədəd bibər
300 qr dana qiyməsi
100 qr pendir
200 qr pomidor (konserv)
200 qr çerri pomidoru
1 ədəd baş soğan
2 diş sarımsaq
1 dəstə cəfəri
Zeytun yağı
Oreqano otu
Duz, istiot
Hazırlanması:
Soba 200 dərəcəyədək qızdırılır. Bibər ikiyə bölünüb təmizlənir.
Bibər sobada 10 dəq. bişirilir.
Soğan, sarımsaq xırda doğranır, yağda üzərinə qiymə əlavə edilərək qovrulur.
Üzərinə xırdalanmış pomidor, duz, istiot, oreqano əlavə edilir.
Qarışıq bibərlərə doldurulur, üzərinə rəndələnmiş pendir səpilib 10 dəq. sobaya yerləşdirilir.
Hazır yemək ikiyə bölünmüş çerri pomidoru, xırda doğranmış cəfəri ilə bəzədilib süfrəyə verilir.
İnterpress.az