İnterpress.az xəbər verir ki, Abel ispaniyalı surrealist rəssamın ölümündən 20 il sonra onun qızı olduğunu isbat etmək üçün DNT analizinin keçirilməsini rica edir.
Qadın bildirib ki, onun anası 1950-ci illərdə Dalinin yaşadığı evə yaxın Kadak şəhərində bir evdə qulluqçuluq edirmiş və rəssamla da orada tanış olub. Sonradan bu tanışlıq “gizli məhəbbətə” çevrilib və 1956-cı ildə Abel doğulub. .
Həmin vaxt Dalí 1934-cü ildə evləndiyi Gala və ya Elena Ivanovna Diakonova ilə yaşayırdı və onların uşağı yox idi.
Anasının söhbətlərinə əsaslanan Pilar 2007-ci ildə DNT analizi vermiş və nəticələr rəssamın ölüm maskasından götürülmüş genetik materialla tutuşdurulmuşdu. O vaxt əldə olunan nəticə Dalinin atalığınlı tam dəqiqliyi ilə isbat etmirdi.
Bundan sonra Abel Pilar Dalí-nin yaxın dostu və bioqrafı Robert Descharnes-ə müraciət edib. Yeni DNT analizi Dali-yə məxsus “bioloji” materialla tutuşdurulmalıdır.
Xəbər verilir ki, daha bir DNT analizi nəticə verməzsə, rəssamın eksqumasiyası barədə məhkəmə qərarı verilə bilər.
Pilar-ın iddiasına qarşı Dali-nin qohumları və Dali Fondu çıxış edir.
İnterpress.az