Bu barədə Bağdadda müdafiə naziri Xalid əl- Obeydi bildirib.
Martın 11-də ordu şəhərə daxil olaraq mərkəzi rayonları tutmuşdu. Bir neçə gün ərzində isə İŞİD-çilər şəhərdən bütünlüklə vurulub çıxarılıb. Eyni vaxtda Tikritin iki şəhərətrafı yaşayış məntəqəsi – əl-Ələm və əd-Dour azad edilmişdi.
Əməliyyatda tank birləşmələri, aviasiya və artilleriya iştirak edib.
Tikrid Bağdad üzərinə hücum üçün İŞİD-dən ötrü mühüm plasdarm rolunda idi.
İnterpress.az