Bakıda falçını bıçaqlayıb öldürdülərbackend

Bakıda falçını bıçaqlayıb öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilib. Onun 1970-ci il təvəllüdlü Tahir Talıbov olduğu müəyyənləşdirilib.

Bu barədə Vesti.Az-a Səbail rayon polis idarəsindən bildirilib.

Xəbərə görə, T. Talıbovun meyitini mənzilin sahibəsi aşkarlayıb. O, polisə ifadəsində Talıbovun mənzili icarəyə götürdüyünü, ordan ofis kimi istifadə edərək, falçılıqla məşğul olduğunu deyib.

Polis T. Talıbovun boğazının kəsilərək qətlə yetirildiyini, həmçinin ona 9 bıçaq zərbəsi vurulduğunu deyib.

Hadisə yerində cinayətin törədildiyi bıçaq da aşkarlanıb.

Cinayəti törədənin kimliyi hələlik müəyyən edilməyib. Bu istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İnterpress.az