Maide.Az ölkə ruhanilərinin narahatlığını əks etdirən bəyanatı təqdim edir:
Bismillahir-Rəhmanir-Rəhim!
Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.
Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır. Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması hər kəsə bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq mövqeli bir insandır. Belə bir insanın cümə namazı qılmasına görə həbs etmək – anlaşılmaz və ağlasığmaz bir haldır.
Böyük təssüf hissi ilə bəyan edirik ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün heç bir əsas verməmişdir.
Qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Belə olan halda, Hacı Sərdar Hacıhəsənlinin camaatla namaz qılması kimləri narahat edə bilərdi ki? Hacı Sərdar Hacıhəsənli öz namazı ilə hansı təkfirçi–vəhhabi dairələri narahat etdi ki, nəticədə belə anlaşılmaz durum yarandı?
Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etdiyi halda, Hacı Sərdar hansı qanunları pozmuşdur?
Ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunan bir zamanda, Hacı Sərdar Hacıhəsənli kimi bir Əhli-Beyt (ə) ruhanisini həbs etmək, görəsən kimlərin planlarına aiddir?
Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi – əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.
1. Hacı Əli Behişti
2. Hacı İlqar İbrahimoğlu
3. Hacı İqbal Novruzov
4. Hacı Əhliman Rüstəmov
5. Hacı İlqar Əliyev
6. Hacı Əfqan Muradlı
7. Hacı Rizvan Atakişiyev
8. Hacı Bəxtiyar Hüseynov
9. Hacı Mir Nemət Mirzəyev
10. Hacı Emil Rahiloğlu
11. Hacı Azər Sericanov
12. Hacı Mir Mehdi Darafərin
13. Eyvaz Abdullah
14. Hacı Cavid Oruczadə
15. Hacı Natiq Lələyev
16. Hacı Fariz Xammədli
17. Hacı Elçin Manafov
18. Famil Burxanoğlu
19. Fərid Abdulla
21. Hacı İlqar Rəcəbov
22. Hacı Rəşad Həşimov
23.Hacı Telman Əsədullayev
24.Hacı Cəmil Həsənov
25. Hacı Əlzaman Əliyev
26. Seyid Ağalar Cabbarov
27. Hacı Seyran Rzayev
28. Hacı Siyasət Bağırov
29. Hacı Abbas Abbasov
30. Hacı Süleyman Fərzəliyev
31. Hacı Rüfət Məmmədov
32. Hacı Eyvaz Baxşıyev
33. Hacı Kərim Cəlilov
34. Hacı Seyid Zahir İbişov
35. Kərbəlayi Vəli Qardaşzadə
36. Hacı Oktay Məmmədov
37. Hacı Asif Bağırov
38. Seyid Ağasəf Xurşidov
39. Hacı Vüqar İskəndərov
40. Mir Kazım Əyyubov
41. İlqar Kamil
42. Hacı Namiq Abışov
43. Hacı Fəxri İlyasov
44. Hacı Yasin Əliyev
45. Hacı Mahir Həziyev
46. Kərbəlayi Şamil Nərimanov
47. Hacı Mir Qasim Əliyev
48. Hacı Rza Əliyev
49. Samid Paşayev
50. Vüsal Hüseynzadə
51. Hacı Fizuli Şəfiyev
52. Hacı Taleh Abbasov
53. Hacı Əbuzər Cəbiyev
54. Hacı İlham Əliyev
55. Hacı Vasif Nəftullayev
56. Kərbəlayi Rza Şükürlü
57. Hacı Əlihüseyn Nuri
58. Hacı Cəlal Şəfiyev
59. Kərbəlayi Qədir Məmmədov
İnterpress.az