Azİmport Bayraq Meydanının sabiq sədri ilə əlaqələri kəsibbackend

Azİmport Bayraq Meydanının sabiq sədri ilə əlaqələri kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şirkət Rəşad Məmmədovla əlaqələrinin bir neçə il əvəvl kəsildiyini bildirib: “Jurnalistlərin bilərəkdən və ya bilməyərəkdən, həqiqətə uyğun olmayan, təsdiqlənməyən faktlar və şayiələr əsasında qələmə aldıqları, bəzən qərəzli xarakter daşıyan yazılar müəssisənin normal fəaliyyətinə mənfi təsir göstərir. Şirkətin İctimai əlaqələr şöbəsi olaraq bildiririk ki, 2011-ci ilin aprel ayında dövlət qulluğunda fəaliyyətə başladığı vaxtdan Rəşad Məmmədovun \”Azİmport” MMC ilə hüquqi əlaqələrinə xitam verilib, onun müəssisənin idarəçiliyi və təsərrüfat fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, \”Azimport” MMC-nin Bakı şəhərində bina və tikililərin yanğına davamsız zərərli materiallarla üzlənməsində iştirakı barədə yazılanlar da əsassız və yanlışdır. Şirkətin həmin materialların istehsalını və istifadəsini həyata keçirən \”Global Construction” şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqəsi olmayıb”.

İnterpress.az