Hadisə saat 20:30-da Albalı bağ massivində qeydə alınıb.
İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanov evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib.
Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat tutan kimi ora gediblər. Qadın qan içində xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.
Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.
Hazırda qadınının vəziyyəti ağırdır. Nəsibə Qurbanovanın əri Asif isə hadisədən şoka düşüb. Asif işi ilə əlaqədar olaraq həftənin müəyyən günləri evdə olmurmuş. Bu səbəbdən də, arvadı onu qısqanırmış. Hər dəfə də, ona zəng vururmuş. Asif Məlikzadə bundan başqa, ailələrində heç bir problem olmadığını bildirib.
Qeyd edək ki, Nəsibə Qurbanovanın əsəbi xəstə olduğu ehtima edilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( anspress.com )
İnterpress.az