Güclü külək əsəcəkbackend

Güclü külək əsəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şişmək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 6-7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturların bir qədər enməsi müsbət amildir.

İnterpress.az