İlham Əliyev İndoneziyanın nazirini qəbul edibbackend

İlham Əliyev İndoneziyanın nazirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini qeyd edib. Neft sektorunda əməkdaşlığı və eləcə də ölkələrimiz arasında böyük ticarət dövriyyəsinin mövcudluğunu münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Nazir Sudirman Said İndoneziya Respublikasının prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.

Dövlət başçısı İlham Əliyev prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.

İnterpress.az