“Kanal D”nin Azərbaycanda yayımı dayandırıldıbackend

“Kanal D”nin Azərbaycanda yayımı dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk olaraq bu qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub.

Kabel televiziyalarından birindən “Qafqazinfo”ya bildirilib ki, bu kanalın yayımdan qaldırılması şirkətin öz qərarı deyil: “Bizə bununla bağlı göstəriş verilib. Bu tapşırıq təkcə bizə aid deyil, “Kanal D”nin yayaln bütün ölkədə qadağan olunub. Bundan sonra da heç vaxt yayıma buraxılmayacaq. Səbəbin nə olduğunu bilmirik. “Kanal D”nin yerinə bu gündən “TV 2” yayımlanır”.

“ATV Plus” kabel televiziyası özünün facebook hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən kanallar “Azərspace” peykində test üsulu ilə yayımlanırdı: “Artıq test yayımı başa çatıb və kanallar yayımın davam etdirilməsi üçün “Azərkosmos”la müqavilə bağlamalıdırlar. Hansı kanal ki, müqavilə bağlayıb onların yayımı davam etdiriləcək. Müqavilə bağlamayanlar isə yayımdan çıxarılır. Rusiyanın və Türkiyənin bir neçə kanalı müqavilə bağlamayıb”.

Nazir müşaviri kabel televiziyaları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycanda kabel televiziyalarının əksəriyyəti yayımını “Azərspace” üzərindən edir. Buna görə onlarda da avtomatik olaraq eyni hal yaşanıb. Amma həmin kanallar “Türksat” peykində yayımlanır. Kim istəsə, oradan baxa bilər”.

Qeyd edək ki, \”Doğan Holdinq\”in rəhbəri Aydın Doğanın Azərbaycana qarşı antimövqedə olması tez-tez deputatlar tərəfindən gündəmə gətirilərək tənqid olunurdu.

İnterpress.az