3 vəzifəli şəxs həbs olundubackend

3 vəzifəli şəxs həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər nazirliyindəki mənbəmiz bildirir ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin – “Bakılift-təmir”ə tabe olan “Baklift-1\”, ”Bakılift-2\”, “Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri qandallanaraq, həbs edilib.

“Bakılift-təmir”də böyük yeyintilərin olması 1-ci Avropa Oyunlarından əvvəl də müəyyən olunmuşdu. Manatın qəfil ucuzlaşması hökumətin büdcədə əmələ gələn kəsirləri kompensasiya etmək üçün müəyyən addımlar atmağa məcbur etmişdi. Bu istiqamətdə atılan addımlardan biri də məmurların mal-mülklərinin siyahılarının hazırlanması, gəlirlərinin müəyyən olunması ilə bağlı olub. Belə bir yoxlama zamanı “Bakılift-təmir”in baş direktoru Qüdrət Şükürovun sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak olduğu üzə çıxmışdı. Bu ilin fevralında “Yeni Müsavat” bu haqda “Vəzifəli məmurumuz sürücüsünə 5 milyona mənzil aldı – sensasiya” sərlövhəli yazı yazı etmişdi. Həmin yazıda qeyd olunurdu ki, Q.Şükürovun sürücüsünün “adına” Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində dəyəri 5 milyon manat olan mənzil var! İzahat üçün deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.

Yeri gəlmişkən onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında “Bakılift-təmir”in də adı var. Aldığımız məlumata görə “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi.

Q.Şükürov bu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin “özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb.

Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Bakılift-təmir” və Vergilər Nazirliyinə sorğu ilə müraciət edib. Hər 2 qurumdan sorğumuza növbəti həftənin əvvəlində cavab veriləcəyi bildirlib. Veriləcək sorğuların cavablarını təqdim edəcəyik. ( musavat.com )

İnterpress.az