Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.
İnterpress.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.
Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.