Ağdaşda keçirilən Səyyar Gənclər Xidməti yekunlaşıb – FOTOLARbackend

Ağdaşda keçirilən Səyyar Gənclər Xidməti yekunlaşıb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə ucqar kəndlərdə yaşayan gənclər üçün həyata keçirilən, bu il üçün “Yaşıl dünya həmrəylik ili”nə həsr olunan  “Səyyar Gənclər Xidməti” layihəsi  ilk rayonda işini yekunlaşdırıb.

İnterpress.az xəbər verir ki, 6-10 iyun tarixlərində Ağdaş rayonunun Qəsil kəndində baş tutan layihədə 5 gün ərzində 65 müxtəlif tipli yarış və oyunlar təşkil edilib. “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında 13 təlim sessiyası keçirilib. Robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə 28 master-klas baş tutub.

Bunlarla yanaşı, tədbir ərazisində STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.

Gənclər üçün yaradılmış bu imkanlardan ümumilikdə 465 gənc yararlanıb.

Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.