Mirzoyan: Aİ Ermənistandakı mülki müşahidə missiyasının mandatını uzadacaq.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 23-də parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
Avropa İttifaqı Ermənistandakı mülki müşahidə missiyasının mandatının uzadılması məsələsini ciddi şəkildə nəzərdən keçirir.
“Hələ ki, Azərbaycanla imzalanmış və ratifikasiya olunmuş sülh müqaviləsi olmadığından, delimitasiya prosesi başa çatmadığından, sabit və uzunmüddətli sülh olmadığından, ölkələrimiz arasında münasibətlər tənzimlənmədiyindən və problemlər olduğundan, şübhəsiz ki, Ermənistan tərəfinin müəyyən narahatlığı var”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistana neytral, üçüncü tərəfin, yəni Aİ-nin müşahidə missiyasının obyektiv qiymətləndirilməsi lazımdır.
Xuraman Etibarlı
İnterpress.az