ATA və YENİYETMƏ OĞLU parkın qarşısında BIÇAQLANDI – YENİLƏNİBbackend

ATA və YENİYETMƏ OĞLU parkın qarşısında BIÇAQLANDI – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bıçaqlanmanın bəzi təfərrutları məlum olub.

1985-ci il təvəllüdlü Nemət Hüseynov 2 bıçaq xəsarəti, 1982-ci il təvəllüdlü Rəhimov Ədalət 1 bıçaq xəsarəti alıb.

Məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalət Nemətin yeznəsi olduğu bildirilir.

Hadisə zamanı Ədalətin oğlu 14 yaşlı Murad Rəhimov da bıçaq xəsarəti alıb.

Onlar polis tərəfindən nəzarət götürülüb. Faktla bağlı araşdırma aparılır.
***

22 oktyabr, saat 23:10

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

hadisə “Komsomol” parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.