“Atlas Medical Center”in vergi borcu iki aya 100 min manata yaxını keçib.
Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətindən məlumat əldə edib.
Belə ki, klinikanın bu günə olan yığılmış vergi borcu 171 518,66 manat təşkil edir.
Bu ilin fevral ayının əvvəlində isə özəl tibb müəssisəsinin vergi borcu 80 363.81 manat olub.
Son iki ay ərzində “Atlas Medical Center”in vergi borcu 91 154,85 manat artıb.
Qeyd edək ki, “Atlas Medical Center” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Klinikanın qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur.
Xatırladaq ki, 2014-cü ildə Səhiyyə Nazirliyinin klinikada apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanmışdı. Həmin nöqsanlar klinikanın lisenziyadan kənar qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərməsindən ibarət olub. Buna görə də özəl tibb müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar verilmişdi.