Avro-2024: Azarkeşlər üçün yeni QADAĞAbackend

Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avropa çempionatının oyunları zamanı stadionlarda olacaq azarkeşlərə özləri ilə yemək gətirmək qadağan ediləcək.

İnterpress.az-ın TASS-a istinadən məlumatına görə, istənilən qida, o cümlədən meyvələr qadağandır.

Bildirilir ki, bu qadağa ənənəvi alman mətbəxinin satışını artırmaq üçün tətbiq edilib.

Qeyd olunur ki, bir insanın tibbi səbəblərə görə bu və ya digər qidaya ehtiyacı olarsa, o zaman istisna hal sayılacaq və həmin qidaların gətirilməsinə icazə veriləcək.

Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.