AVRO-2024: Bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaqbackend

AVRO-2024: Bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

İnterpress.az xəbər verir ki, bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisi 4 xala malikdirsə, Polşanın xalı yoxdur.

Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.