Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıbbackend

Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasına tarixi torpağımız Suqovuşanda start verilib.

İnterpress.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarışın ilk günündə kayak və kanoe ilə 200 metr və 500 metr məsafələrdə yürüşdə Azərbaycan idmançısı Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. O, kayakla 200 metr məsafəni 42 saniyəyə qət edib.

Qeyd edək ki, mayın 3-də başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvələrini sınayırlar.