Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATIbackend

Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisə gecə 03:00 radələrində baş verib.

Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir.

Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, hazırda rayon prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az