Bakıda anbardakı yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakıda anbardakı yanğın söndürüldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bununla bağlı FHN-dən məlumat verilib.

12:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-in yaydığı məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, metal konstruksiyalardan ibarət anbarda təqribən 70 kvadratmetr sahədə yanğın müşahidə olunur.

Əlavə məlumat veriləcək.

oxu.az//