Bakıda avtomobillə piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldıbackend

Bakıda avtomobillə piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 1-də saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vuraraq hadisə yerini tərk edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

İnterpress.az