Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik mövzusunda dəyirmi masaların təşkili” layihəsini davam etdirir.
3 ay müddətində Şamaxı, Masallı, Astara, Biləsuvar, Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cəmiyyətdə vətənpərvər və hərbi vətənpərvərlik hissslərinin düzgün aşılanmasına, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.
Layihə çərçivəsində növbəti tədbir iyulun 29-da Biləsuvar şəhərindəki “Zirvə” otelinin zalında keçirilib. 22 nəfərin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açılıb. Təlimçilərin təklifi ilə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları aşğıdakı mövzular ətrafında məlumat alıb və müzakirələr aparıblar.
1. Müzəffər Ali Baş Komandanın ordu quruculuğu və qələbəmizdəki böyük rolu.
2. Vətən müharibəsinin qəhrəmanları heç vaxt unudulmayacaq.
3. Azərbaycan xalqı 44 gün bir yumruq kimi.
4. Vətəni cəsur igidlərimiz- qəhrəman şəhidlərimiz kimi sevməliyik.
Tədbirdə Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, veteran–qazilər, Qarabağ əlilləri, AVMVİB Biləsuvar şöbəsinin sədri və üzvləri, QMƏV ŞA İB Biləsuvar şöbəsinin sədr və üzvləri çıxış ediblər və öz fikirlərini bölüşüblər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib.