Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra dəfn edildiyi yer və kimliyi müəyyən edilən şəhid Şöhrət Telman oğlu Nuriyevin qalıqları Ucar rayonunun Əlikənd kəndinə torpağa tapşırılıb.
İnterpress.az bildirir ki, dəfn mərasimində şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid Şöhrət Nuriyev 1969-cu ildə Ucar rayonunyn Əlikənd kəndində anadan olub.
Birinci Qarabağ müharibəsində iştirak edib, 1993-cü ilin aprelində Murov dağı istiqamətində itkin düşüb.
Şöhrət Nuriyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib./APA