Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.
Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 7-si saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.