Ermənistan əcnəbilərin ölkəyə girişini SƏRTLƏŞDİRİRbackend

Ermənistan əcnəbilərin ölkəyə girişini SƏRTLƏŞDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Hindistan, İraq və Misir vətəndaşlarının ölkəyə girişini sərtləşdirmək niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Hindistan, İraq və Misir vətəndaşlarının ölkəyə girişini sərtləşdirəcək.

Növbəti tələb hüquqi şəxs, dövlət qurumu, xarici dövlətin diplomatik nümayəndəliyi və ya beynəlxalq təşkilat tərəfindən təqdim edilən Ermənistana daxil olmaq üçün dəvətdir (ərizə, məktub, petisiya).

Qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib və bir aydan sonra qüvvəyə minəcək.

Qeyd edilir ki, bu il yanvarın 1-dən avqustun 28-dək Ermənistana 11 965 Hindistan, 658 Misir və 255 İraq vətəndaşı gəlib və qeyri-qanuni yaşayır.

Xuraman Etibarlı

İnterpress.az