Ermənistan Zəngəzurla bağlı Azərbaycan təklifini qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına politoloq Stepan Danielyan bildirib.
O bildirib ki, Ermənistan Azərbaycanın Sünikə (Zəngəzur) giriş və çıxış məntəqələrində Azərbaycan sərhəd-keçid məntəqələrinin (KPP) qurulması təklifini qəbul edib.
Onun sözlərinə görə, həmin məntəqələrdə bütün prosesləri Azərbaycan gömrükçüləri həyata keçirəcək, məlumat toplayaraq Ermənistana ötürəcəklər.
Ermənistan gömrükçüləri isə orada heç bir fəaliyyət göstərməyəcək.
Danielyan qeyd edib ki, bu, əslində Ermənistanın həmin ərazi üzərində suverenliyinin olmaması deməkdir. Lakin rəsmi İrəvan suverenliyin qorunduğunu iddia edir.
Xuraman Etibarlı
İnterpress.az