Ermənistanda korrupsiyaya qarşı mübarizənin effektivliyindən narazıyam – Paşinyanbackend

Ermənistanda korrupsiyaya qarşı mübarizənin effektivliyindən narazıyam – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda korrupsiyaya qarşı mübarizənin effektivliyindən narazıyam.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Mən dəfələrlə və müxtəlif hallarda demişəm ki, Ermənistanda korrupsiyaya qarşı mübarizənin effektivliyindən narazıyam və biz bu məsələdə daha diqqətli olmalıyıq.

Bizdə korrupsiyaya güzəşt yoxdur, olmayıb və olmayacaq da. Biz korrupsiya və korrupsioner sistemlə mübarizəmizi davam etdirəcəyik”, – Paşinyan deyib.

Deputat Qarnik Danielyan Paşinyanın sözlərinə cavab verib. O qeyd edib ki, bütün bunlar çox yaxşı tost kimi səslənir.

“Sizin rəhbərlik etdiyiniz hökumətin iradəsi olsa, əminəm ki, heç bir problem olmayacaq. Yalnız sənədlər dəyişib, başqa heç nə yoxdur”, – Danielyan deyib.

Xuraman Etibarlı

İnterpress.az