Gəncədə ilk təhsil proqramı üçün hazırlıqlar başlayırbackend

Gəncədə ilk təhsil proqramı üçün hazırlıqlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər 29 nömrəli tam orta məktəbin biologiya müəllimi Könül Yusifzadə, tələbə səfirləri Leyla Qəmbərova və Aminə Quliyeva ilə birlikdə Gəncədə ilk BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə təhsil proqramına start verməyə hazırlaşırlar.

Bu proqram, BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) məktəb mühitinə gətirməklə, şagirdlərə dayanıqlılıq, ekoloji məsuliyyət və sosial bərabərlik kimi anlayışları əyani şəkildə öyrətməyi hədəfləyir.

Təşkilatçılar bildirirlər ki, proqram çərçivəsində müxtəlif seminarlar, workshop-lar və praktiki fəaliyyətlər həyata keçiriləcək. Üstəlik, müəllimlərə Davamlı İnkişaf Məqsədləri ilə bağlı yeni məzmun və tədris yanaşmaları təqdim olunacaq. Bu da regionun şagirdlərinin daha geniş imkanlar qazanmasına, eyni zamanda qlobal problemlərin həlli üçün yerli icmaların fəal iştirakına töhfə verəcək.

Qeyd edək ki, BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə təhsil proqramına təşəbbüsü dünyanın müxtəlif ölkələrində həyata keçirilir və gənc nəsli davamlı, məsuliyyətli gələcəyin qurulmasında fəal iştiraka ruhlandırır.