Həftəsonu (martın 16-da və 17-də) ölkə ərazisində 9 qumbara və 2 avtomat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həmin müddətdə polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 qumbara, 14 tüfəng və 248 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 14 tüfəng, 2 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.