“Hətta Rusiya XİN-i də bu fikirləri dəstəklədi” – Sabiq nazir Brüssel görüşünü şərh etdibackend

“Hətta Rusiya XİN-i də bu fikirləri dəstəklədi” – Sabiq nazir Brüssel görüşünü şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 14-də Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli, habelə təkbətək görüş həyata keçirilib. Bu görüşlərdən sonra tərəflər arasında müəyyən razılaşmalar əldə olunub.

Siyasi təhlilçilər postmüharibə dövründə bunu kifayət qədər ciddi qərar kimi qiymətləndirir. Həmçinin, Rusiyanın qərarın qəbul prosesində iştirak etməməsi çoxsaylı mülahizələrin meydana gətirib. Hətta bir sıra politoloqlar Rusiyanın masadan qovulduğuna dair iddia səsləndirməkdədir.

Doğrudanmı Rusiya təcrid olunur?

Brüssel görüşündən sonra Rusiyanın alternativ planları nə ola bilər?

Yenisabah.az-a açıqlmasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bildirib ki, bu məsələ Rusiya ilə yanaşı, paralel olaraq Türkiyə də iştirak edir.

“Birincisi, bu görüşləri bir-biri ilə qarışdırılması, tutuşdurulması tərəfdarı deyiləm. Bu fikiri səsləndirənlər rəqabət yaratmaq istəyirlər. Prosesdə indiyə kimi təkcə Rusiya yox, Rusiya-Türkiyə tandemi mövcuddur. Sadəcə olaraq Ermənistan Türkiyə əlaqələri hələlik lazımi səviyyədə deyil, buna görə də, Rusiya daha çox öndədir. Amma bu heç də o demək deyil ki, Türkiyə prosesdən tam kənardadır. Bunun əksini Türkiyə rəsmilərinin şərhindən də hiss edirik. Onlar daim rusiyalı vəzifədaşları ilə əlaqə saxlayırlar”.

T. Zülfüqarovun mülahizələrinə görə, Brüssel görüşün formatı tam fərqlidir:

“Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramı imkan yaradır ki, liderlər postmünaqişə vəziyyətinə aid görüş keçirsinlər. Yəni bu, məsləhət-məşvərət görüşüdür.

İkinci tərəfdən, daim belə bir fikirlər səslənir ki, Avropa bu və ya digər şəkildə bu prosesə qayıtmalıdır. Azərbaycanın əsasən ATƏT-in Minsk qrupuna aid olan mövqeyi isə ondan ibarətdir ki, Minsk qrupu və digər beynəlxalq qurumlar indiki vəziyyətdə aktual humanitar mövzularla məşğul olmalıdır”.

Keçmiş XİN rəhbəri əlavə edib:

“Bu baxımdan, postmünaqişə reabilitasiyası prosesində Aİ böyük iqtisadi qurum kimi iştirak edə bilər. Brüsseldə səslənən bəyanatlar da bunu göstərir. Məsələn, Zəngəzur dəhlizinə aid məsələlər.

Bəllidir ki, bu, pul tələb edən bir layihədir və müzakirə layihəyə bəlkə də maliyyə dəstəyi almaqda kömək edə bilər. Əgər buna istinad etsək, heç bir ziddiyət yoxdur. Çünki 10 noyabr bəyanatında da göstərilir ki, postmünaqişə şəraitində müxtəlif beynəlxalq qurumlar prosesə cəlb olunmalıdır.

Bu çağırışlar daima səslənir. Hətta Rusiya XİN bu fikirləri dəstəkləyib”.