İran Oman dənizində neft tankerini saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, İran Oman dənizində 2 milyon litr qaçaqmal yanacaq daşımaqda şübhəli bilinən xarici neft tankerini saxlayıb.
17 nəfər, o cümlədən tankerin kapitanı və ekipajı həbs olunub, istintaq və məhkəmə prosesini gözləyir.
Xuraman Etibarlı
İnterpress.az