Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Masallıda vətənpərvərlik təbliğ edib – FOTOLARbackend

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Masallıda vətənpərvərlik təbliğ edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətənpərvərlik mövzusunda dəyirmi masaların təşkili” layihəsinin həyata keçirilməsinə başlayıb.

Təşkilatdan verilən məlumata görə, 3 ay müddətində Şamaxı, Masallı, Astara, Biləsuvar və Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cəmiyyətdə vətənpərvərlik ideyalarının və hərbi vətənpərvərlik hissslərinin düzgün aşılanmasına, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.

Layihə çərçivəsində ilk tədbir iyunun 20-də Masallı şəhər Heydər Əliyev prospekti 31A ünvanında keçirilib. Dəyirmi masada rayon ictimaiyyətinin nümayəndələri olan 20 nəfər iştirak edib.

Tədbir iştirakçıları aşğıdakı mövzular ətrafında məlumat alıb, bu mövzular ətrafında müzakirələr aparıblar;

1. Müzəffər Ali Baş Komandanın ordu quruculuğu və qələbəmizdəki böyük rolu.

2. Vətən müharibəsinin qəhrəmanları heç vaxt unudulmayacaq.

3. Azərbaycan xalqı 44 gün bir yumruq kimi.

4. Vətəni cəsur igidlərimiz – qəhrəman şəhidlərimiz kimi sevməliyik.

İştirakçılar mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini və suallarını ünvanlayıblar.

Tədbirdən sonra çay süfrəsi ətrafında bu mövzularla bağlı söhbətlər aparılıb.