Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.
ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. O, müstəqillik dövründə Azərbaycanın 10-cu baş naziri olub. Həmçinin, 2019-cu ildən ADU-nun prorektoru idi.