Leysan olacaq, dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq – XƏBƏRDARLIQbackend

Leysan olacaq, dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən İnterpress.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.