“Liverpul” klubunun keçmiş futbolçusu Stefan Uarnok Rafael Benitesi sərt tənqid edib.
İnterpress.az bildirir ki, məlumata görə, karyerasını 2019-cu ildə başa vuran Stefan komandanın ozamankı məşqçisi Rafael Beniteslə pis xatirələrinin olduğunu açıqlayıb.
“2004-cü ildə “Liverpul”la ilk oyuna çıxdığım gün komandaya nifrət etdiyimi düşündüm. Bir müddət sonra isə əslində nifrətimin Rafael Benitesə qarşı olduğunu anladım. Məşqçi kimi ona hörmət edirdim, amma insan kimi əsla hörmət etmədim, etməyəcəyəm. Bunun səbəbi isə “Milan”la Çempionlar Liqasının final görüşündə məni siyahıya əlavə etdiyini deməsi, amma daha sonra iştirak ərizəsində belə adımın yazılmadığını öyrənməyim oldu”, – deyə o bildirib.
Qeyd edək ki, Stefan Uarnok “Liverpul” klubu ilə bir dəfə İngiltərə Premyer Liqasının, bir dəfə isə İngiltərə Kubokunun qalibi olub./Marca.com