Putinin Ukraynada müharibəyə başlamasına peşmandır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Belarus prezidenti Aleksandr Lukaşenko Putinin Ukraynada müharibəyə başlamasına peşman olub-olmaması ilə bağlı suala müsbət cavab verib.
“Əlbəttə peşmandır, o, canlı insandır. Amma mən buna tamamilə əminəm və əmin olun: Putin özünün haqlı olduğuna qəti şəkildə inanır və buna motivasiya verir”, – o bildirib.
Xuraman Etibarlı
İnterpress.az