Medianews.az saytının 10 illik yubileyi ərəfəsində dizaynı dəyişibbackend

Medianews.az saytının 10 illik yubileyi ərəfəsində dizaynı dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Medianın İnkişafı Agentliyinin Onlayn media subyektlərinə dəstək layihəsi üzrə müsabiqənin qalibi olan saytımız artıq yeni dizaynla, çağdaş tələblərə cavab verən və təkmilləşmiş üslubda oxucularının qarşısına çıxır.
Qeyd edək ki, “Medianews.az”ın tək görünüşündə deyil, həmçinin funksionallığında müəyyən dəyişikliklər edilib. Saytda yeni bölmələr və rubrikalar əlavə olunub.

2012-ci ilən fəaliyyət göstərən “Medianews.az” saytı Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində ictimai və siyasi həyatda baş verən maraqlı hadisələri işqlandırır. Saytda mədəniyyətə, ədəbiyyata dair məlumatlar, idman xəbərləri, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, hərbi və siyasi, həmçinin Şəhid və Qazilərimizin keçdiyi döyüş və həyat yolu, məşhur yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı yazılar və maraqlı xəbərlər yer alır.
“Medianews.az” Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Həmçinin bir sıra yeni layihələr üzərində iş aparılır. Bəzi yeniliklər zamanla tətbiq olunacaq.