Müğənni Diana Loginovaya (Naoko) məhkəmədə özünü pis hiss edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Sankt-Peterburq Məhkəməsi “Stoptime” qrupundan Naoko kimi tanınan 18 yaşlı Diana Loginovanı 30.000 rubl (təxm. 638 man) cərimələyib.
İnzibati protokolun tərtib edilməsinə səbəb Monetoşkanın hələ yayımlanmamış “Sən əsgərsən” mahnısının ifası olub.
Loginovanın vəkili Mariya Zyryanova məhkəmə iclasında qeyd edib ki, müstəqil ekspertlər Loginovanın ifa etdiyi mahnıda ordunun “ləyaqətini alçaldan” bir şey aşkar etməyiblər. Orada Silahlı Qüvvələrin mənfi istifadəsi barədə heç bir söz yoxdur və Rusiya ordusundan ümumiyyətlə bəhs edilmir.
Məlumata görə, bundan sonra müğənninin halı pisləşib, təcili yardım çağırılıb, həkimlər müdaxilə edib.
O, bu gün məhkəmədən 76-cı polis şöbəsinə aparılıb.
Xuraman Etibarlı
İnterpress.az






